Modern.az

Saakaşviliyə görə ayağa qalxdılar - Tbilisidə etiraz aksiyası

Saakaşviliyə görə ayağa qalxdılar - Tbilisidə etiraz aksiyası

20 Noyabr 2022, 16:36

Gürcüstanda hökumət administrasiyası yaxınlığında eks-prezident Mixail Saakaşviliyə dəstək aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, aksiyada Saakaşvilinin ailə üzvləri, müxtəlif partiyaların üzvləri, vətəndaş fəalları və sadə vətəndaşlar iştirak ediblər.

 

Saakaşvilinin anası Giuli Alasaniyanın sözlərinə görə, bugünkü mitinq oğlunun həyatını xilas etmək üçün təşkil olunub.

 

Etirazçılar bildiriblər ki, aksiyalar nəticə verənədək davam edəcək və növbəti etiraz aksiyası noyabrın 23-ü saat 18:00-da ölkə parlamenti önündə keçiriləcək.

 

Qeyd edək ki, Saakaşvilinin zəhərlənməsi barədə məlumatlar yayılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok