Modern.az

Saakaşvilinin zəhərlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

Saakaşvilinin zəhərlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

Aktual

20 Noyabr 2022, 17:00

Gürcüstanın Penitensiar Xidməti bu ölkənin eks-prezidenti Mixail Saakaşvilinin zəhərlənməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

 

Modern.az xəbər verir ki, rəsmi məlumata əsasən, Penitensiar Xidmətə məhkum Mixeil Saakaşvilinin zəhərlənməsini təsdiq edən hesabat təqdim olunmayıb.

 

Bildirilib ki, Saakaşvili xəstəxanada həkim nəzarətindədir və müvafiq tibbi tədbirlər görülür.

 

"İctimaiyyəti yanlış məlumatlandırmamaq üçün hər kəsi yoxlanılmamış və əsaslandırılmamış məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, vəkil Valeri Qelbaxyani Saakaşvilinin zəhərlənməsi barədə açıqlama yaymışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok