Modern.az

İsraildən Qətərə ilk birbaşa uçuş

İsraildən Qətərə ilk birbaşa uçuş

20 Noyabr 2022, 17:58

İsrailin Təl-Əviv şəhərindəki Ben Qurion Beynəlxalq Hava Limanından Qətərin paytaxtı Dohaya ilk birbaşa uçuş həyata keçirilib.

 

Modern.az xəbər verir ki, futbol üzrə Dünya Çempionatında iştirak etmək üçün israilliləri aparan TUS Hava Yollarının təyyarəsi Təl-Əvivin Ben Qurion hava limanından qalxaraq Dohaya yola düşüb.

 

Dünya çempionatının təşkili zamanı Təl-Əviv və Doha arasında 6 gediş-gəliş planlaşdırılıb.

 

Uçuşlar İran əvəzinə Səudiyyə Ərəbistanının hava məkanı üzərindən olacaq.

 

İsrailin baş naziri Yair Lapid noyabrın 10-da İsrail vətəndaşlarının dünya çempionatında iştirak etmək üçün ilk dəfə birbaşa Qətərə uça biləcəklərini və Dohada müvəqqəti diplomatik ofis açdıqlarını bildirmişdi.

 

Ofis turnirlə əlaqədar Qətərə gedən İsrail vətəndaşlarına konsulluq xidməti göstərmək üçün fəaliyyət göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok