Modern.az

Azərbaycan öz hədəflərinə doğru uğurla addımlayır

Azərbaycan öz hədəflərinə doğru uğurla addımlayır

24 Noyabr 2022, 19:52

"Prezident İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Memarandumun imzalanması iki ölkə arasındakı əlaqələrin yeni və üstün bir səviyyəyə yüksəlməsi kimi qiymətləndirilməlidir". 

 

Modern.az xəbər verir ki, bu fikirləri deputat Azər Kərimli özünün sosial şəbəkə hesabında qeyd edib.

 

O bildirib ki, Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı dövlətimizin başçısına göstərilən yüksək diqqət, Azərbaycan Prezidentinin öz ölkəsinin maraqları naminə həyata keçirdiyi genişmiqyaslı fəaliyyətin nümunə olaraq göstərilməsi, hər bir azərbaycanlı üçün qürurvericidir: 

 

"Prezident Aleksandr Vuçiçin bir çox məsələləri Azərbaycanın dövlət başçısından öyrəndiyini qeyd etməsi, Prezident İlham Əliyevin və Azərbaycanın təkcə Serbiyaya münasibətdə deyil, hər kəsə münasibətdə etibarlı tərəfdaş olduğunu vurğulaması çox önəmli bir məqamdır. Bu gün dünyada beynəlxalq hüququn norma və prinisplərini gözləyən, klassik dövlətçilik ənənələrinə sayğıyla, öhdəliklərinə məsuliyyətlə yanaşan dövlətlərin sayı, təəssüf ki, kifayət qədər azdır və bu amil də beynəlxalq münasibətlər sistemindəki ziddiyyətlərin dərinləşməsinə zəmin yaradır. Belə bir mürəkkəb zaman kəsiyində Prezident İlham Əliyevin Azərbaycanı bütün dünyaya etibarlı, vədinə, sözünə sadiq, imzasına dəyər verən bir dövlət kimi tanıtması, ilk növbədə Azərbaycan liderinin və təbii ki, xalqımızın, dövlətimizin böyük uğurudur. 


Diqqət edin, başqa bir ölkənin prezidenti Azərbaycanın dövlət başçısına münasibətdə deyir ki, o və ölkəsi Prezident İlham Əliyevin sözünə hər hansı bir imzadan daha çox inanır. Düşünürəm ki, müasir dünyada buna bənzər presidentlər yoxdur və əgər olsaydı, o zaman dünyanı ədalətli və təhlükəsiz, bütün insanları firavan görə bilərdik.


Azərbaycan bu gün, bütün maneələrə baxmayaraq, öz hədəflərinə doğru uğurla addımlayır və beynəlxalq miqyasda mövqelərini möhkəmləndirir.


Ən önəmli amillərdən bir də odur ki, Azərbaycanın qlobal müstəvidə mövqelərinin möhkəmlənməsi, nüfuzunun artması kənar təsirlərin hesabına yox, bilavasitə Azərbaycan Prezidentinin yürütdüyü ardıcıl siyasətin hesabına baş verir. Bu baxımdan da, əldə olunan nəticələr daha dayanıqlı, daha sabitdir və gələcəyə böyük ümidlərlə baxmağa zəmin yaradır". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok