Modern.az

TQDK Təhsil Nazirliyinə rəy göndərdi

TQDK Təhsil Nazirliyinə rəy göndərdi

Təhsil

1 May 2013, 18:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqi başa çatıb və onlara dair yekun rəylər bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilib.

Yekun rəylərə əsasən, “Azərbaycan dili”, “Ədəbiyyat” (müəlliflər: Afət. Süleymanova, Təranə Bağırova və İlhamə Muradova), “Riyaziyyat”, “Həyat bilgisi” (hər iki variativ dərslik) və “İngilis dili” dərsliklərinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.

Digər dərsliklərin yekun rəydə göstərilən irad və təkliflər nəzərə alınmaqla, tədrisdə istifadəsi məqsədəuyğun hesab edilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!