Modern.az

ABŞ ordusunda piylənmə - Hər il milyonlar xərclənir

ABŞ ordusunda piylənmə - Hər il milyonlar xərclənir

Aktual

27 Noyabr 2022, 09:27

ABŞ ordusu hazırda piylənmədən əziyyət çəkir.

 

Modern.az xəbər verir ki, bu barədə hərbi jurnalist Stiv Beynon etibarlı mənbələrə istinadən sonuncu köşə yazısında qələmə alıb.

 

Jurnalist bildirib ki, Birləşmiş Ştatların hərbi xidmət yaşına çatmış gənclərinin yalnız 23 faizi orduya yararlıdır və piylənmədən əziyyət çəkmir.

 

Stiv Beynon onu da vurğulayıb ki, hər il ABŞ ordusu mövcud problemin aradan qaldırılması üçün milyonlarla vəsait xərcləyir. Üstəlik, bahalı təlimlər keçirir.

 

Jurnalist bütün bunların ordudakı vəziyyəti düzəltmədiyini də vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok