Modern.az

Yeniyetmələrin davası qanla bitdi: 1 ölü, 5 yaralı 

Yeniyetmələrin davası qanla bitdi: 1 ölü, 5 yaralı 

Aktual

27 Noyabr 2022, 09:36

ABŞ-da yeniyetmələrin mübahisəsi qanlı cinayətə səbəb olub.

 

Modern.az xəbər verir ki, hadisə Birləşmiş Ştatların Corciya ştatında baş verib.

 

Məlumata görə, yeniyetmələr əyləncə mərkəzinin yaxınlığındakı körpüdə münasibətlərini aydınlaşdırmağa çalışıblar. Tərəflər arasında gərginlik pik həddə çatıb, nəticədə silahlar işə düşüb.

 

Atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

Yaralılardan birinin vəziyyəti olduqca ağır qiymətləndirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok