Modern.az

Kraliçanın əzəmətli heykəli söküləcək 

Kraliçanın əzəmətli heykəli söküləcək 

Aktual

27 Noyabr 2022, 11:26

Çar Rusiyasının imperatriçası II Yekaterinanın Ukraynadakı əzəmətli heykəli söküləcək.

 

Modern.az xəbər verir ki, Rusiya kraliçasının Odessadakı heykəlinin sökülməsi ilə bağlı səsvermə keçirilib.

 

Bu barədə Odessa vilayətinin meri Andrey Truxanov məlumat verib. O bildirib ki, 8 min insanın iştirak etdiyi sorğuda hər kəs yekdilliklə heykəlin sökülməsinə "hə" deyib. 

 

Məlumata görə, 30 noyabrda heykəlin sökülməsi ilə bağlı meriyada da səsvermə keçiriləcək. Bundan sonra Odessanın mərkəzi meydanındakı heykəl söküləcək.

 

Heykəlin "Rus işğalı və sovet qalıqları" parkına daşınacağı vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok