Modern.az

Bank direktoru “Günay Sığorta”ya sədr təyin edildi

Bank direktoru “Günay Sığorta”ya sədr təyin edildi

İqtisadiyyat

2 Dekabr 2022, 12:00

“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

 

Modern.az xəbər verir ki, yeni sədr bundan əvvəl “Günay Bank” ASC-nin icraçı direktoru vəzifəsində çalışan Hikmət Salmanovdur.

 

"Günay Sığorta"nın sədri Mahir Niftiyev bu ilin avqust ayında işdən çıxıb. Onun səlahiyyətlərini müvəqqəti şirkətin Nümayəndəlik və filiallarla iş departamentinin direktoru Pərviz Rzayev icra edib.

 

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,1 milyon manatdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək