Modern.az

Arvadına əsəbiləşdi, kirayə qaldığı evi yandırdı

Arvadına əsəbiləşdi, kirayə qaldığı evi yandırdı

Aktual

4 Dekabr 2022, 09:55

Türkiyənin İstanbul şəhərində qəribə hadisə baş verib.

 

Modern.az-ın xəbərinə görə, Arnavutköy məhəlləsində Recep Çakır adlı şəxs həyat yoldaşına əsəbiləşib və kirayə qaldığı evi 2 dəfə yandırıb.

 

O, evi yandırdıqdan sonra təhlükəsiz ərazidə yatıb.

 

Qonşuların yanğınsöndürmə xidmətinə hadisə barəsində xəbər verməsindən sonra yanğının başqa binalara keçməsinin qarşısı alınıb.

 

Recep Çakır yanğın söndürüldükdən sonra evə yenidən od vurub və açıq havada yuxuya gedib. Polis onu elə yatdığı yerdə yaxalayıb. 

 

Şübhəli şəxs polisə verdiyi ifadəsində özünün yox, həyat yoldaşının günahkar olduğunu söyləyib:

 

"Burada atlarım var, onlara baş çəkməyə gəlmişdim. Arvadım əsəbiləşdirdi, sonrası siz də bilirsiniz..."

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok