Modern.az

12 yaşlı qız dəm qazından ÖLDÜ

12 yaşlı qız dəm qazından ÖLDÜ

4 Dekabr 2022, 22:40

Xaçmazın Ağtala kəndində 12 yaşlı qız dəm qazından ölüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Şəhla Vüqar qızı Əlifxanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

 

Ailə üzvlərinin bildirdiyinə görə, Ş.Əlifxanovaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir