Modern.az

Gələn il türk dövlətlərinin Gənclər Forumu keçiriləcək

Gələn il türk dövlətlərinin Gənclər Forumu keçiriləcək

Diaspor

20 Dekabr 2022, 15:25

Gələn il Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor təşkilatlarının Gənclər Forumu keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.

 

Komitə sədri bildirib ki, forumun keçirilməsi istiqamətdə hazırlıq işləri başa çatıb.

 

"Gələcəkdə Avropa və Cənubi Amerika ölkələrindən də diaspor nümayəndələrini prosesə cəlb etmək niyyətindəyik. Təbii ki, media istiqaməti də çox vacibdir. Ortaq media, ortaq istiqamətlərin müəyyənləşdirilməsi müzakirə edilir, - deyə qurum rəhbəri vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!