Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub. Martın 27-də gecə saatlarında Ağdamın işğal olunmuş Tağıbəyli kəndi ərazisindən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Təzəkənd yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində Milli Ordunun əsgəri, 1991-ci il təvəllüdlü Vüsal Salahlı həlak olub.
Vüqar Salahlı Abşeron rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmışdı.