Modern.az

Dayə ixtisası üzrə təhsil sənədi veriləcək

Dayə ixtisası üzrə təhsil sənədi veriləcək

Təhsil

1 Fevral 2023, 11:50

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Dayə” ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

 

TKTA-dan Modern.az-a verilən məlumata görə, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən dayələr səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

 

Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.

 

Məlumat üçün qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə Sertifikat təqdim ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir