Modern.az

Hacıqabulda hesabat iclası keçirildi - FOTOLAR

Hacıqabulda hesabat iclası keçirildi - FOTOLAR

Aktual

1 Fevral 2023, 12:02

Hacıqabulda İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları barədə hesabat iclası keçirilib.

 

Modern.az xəbər verir ki, yanvarın 31-də Hacıqabul şəhər Folklor klubunda Rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları barədə hesabat iclası keçirilib. Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon fəalları – ümumilikdə 180 nəfər iştirak edib.

 

Hacıqabul şəhər İƏD üzrə nümayəndə L.İbrahimova, Kommunal Müəssisələri İdarəsinin müdiri A.Aslanov, 1 saylı MİS-in rəisi T.Səfərov çıxış edərək 2022-ci il ərzində görülmüş işlər barədə hesabat verib.

 

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək ölkə başçısı, müzəffər ali baş komandan cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətdən danışaraq 2022-ci ilin Azərbaycan Respublikası üçün uğurlu olmasından danışıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?