Modern.az

"Artıq Güney Azərbaycandan yazmaq yox, problemi silah və siyasətlə həll etmək lazımdır”

"Artıq Güney Azərbaycandan yazmaq yox, problemi silah və siyasətlə həll etmək lazımdır”

Ədəbi̇yyat

1 İyun 2013, 10:11

Modern.az-ın yazıçı-deputat Aqil Abbasla mini-müsahibəsi.

– Bu gün bir qisim gənc yazarlarda əndazəni aşmış üsyankarlıq ruhu, qarşılarına çıxan hər şeyə “yox” demək istəyinə münasibətiniz necədir?

– Üsyankar uşaqların əksəri istedadlıdır. Ancaq mənim onlardan bir xahişim var. Bir qrup yazarlar var ki, onlar əxlaqsız yazılar yazırlar. Mən bunu qəbul etmirəm. Demişəm ki, romandakı əxlaqsız yerləri çıxarsaq daha gözəl əsər alınar. Bunlar keçmişdə maraqlı ola bilərdi. “Kəlilə və Dimnə”də cəmi bircə vərəqlik əxlaqsız yer var idi. Hamı da kitabı o bircə vərəqin xətrinə oxuyurdu. İndi bu cür yazılar maraqlı deyil. Çünki internetdən istədiyin qədər oxuya və baxa bilərsən. Mən bir ağsaqqal kimi deyirəm ki, belə şeylərə aludə olanlar sonda kişilikdən düşür. Üstəlik, yaradıcı adam başqasını inkar edəndə özü ortaya nəsə qoymalıdır. Qoymayıbsa, üsyankarlığın axırı yoxdur.

– Bu gün ədəbiyyatımızda Qarabağ acıları öz əksini müəyyən qədər tapır. Amma Güney Azərbaycan haqqında yazılar yoxdur...

– Bir dəfə bir qız Ağdamla bağlı yazı yazmışdı. Ermənilərin vəhşiliyini göstərmək istəyib. Yazıb ki, ermənilər azərbaycanlıların başından xaş bişirib onu elə azərbaycanlılara yedirdirlərmiş. Bu yalandır. Bir gün televiziyada gənc xanım deyir ki, Ağdam barədə roman yazmışam. Deyirəm, bala, sənin neçə yaşın var? Deyir, 20. Deyirəm, sən müharibədən sonra doğulmusan, bu barədə nə yaza bilərsən? Sən qaçqınlıqdan yaza bilərsən. Bir başqa xanım da Ağdama aid köşə yazmışdı. Oxudum ağladım. Çünki o yaşadıqlarını yazmışdı. Qaldı ki Güney Azərbaycan məsələsinə, artıq Güney Azərbaycan yazı məsələsini bitirib, problemi yalnız silah və siyasət qarşılaya bilər.

– İndi nə yazırsınız?

–İndi Rəmişdən yazıram. Obraz kimi. 1981-ci ildən başlamışam, ancaq yazıb qurtara bilmirəm.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü