Modern.az

Əmək müqavilələrinin sayı açıqlandı

Əmək müqavilələrinin sayı açıqlandı

İqtisadiyyat

14 Mart 2023, 17:13

Bu il martın 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 754 mindən çox olub.

 

Modern.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

 

Məlumata görə, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 352,1 min ədəd və yaxud 25,1 % çoxdur.

 

"Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 296,8 min və yaxud 55 % artaraq 836,7 min təşkil edib. Bu ilin fevral ayında qeyri-neft özəl sektorunda aktiv əmək müqavilələrinin sayında 10,4 min artım müşahidə olunub", - deyə məlumatda qeyd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!