Modern.az

Tramp həbs oluna bilər

Tramp həbs oluna bilər

Dünya

18 Mart 2023, 18:59

ABŞ-nin sabiq prezidenti Donald Tramp yaxın günlərdə həbs olunacağını düşünür.

 

Modern.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, Tramp Manhattan dairə məhkəməsinin “Stormi Deniels” işi çərçivəsində qərar çıxararaq, ona qarşı ittiham irəli sürməyə hazırlaşdığını bildirib.

 

Eks-prezident “Truth Social” sosial şəbəkəsində gələn həftənin çərşənbə axşamı günü həbs olunacağını yazıb.

 

Tramp tərəfdarlarını mümkün həbsinə qarşı etirazlara səsləyərək, onları ölkəni “geri qaytarmağa” çağırıb.

 

Xatırladaq ki, 2018-ci ilin yanvarında “Wall Street Journal” qəzeti Donald Trampın 2006-cı ildə aktrisa Stormi Deniels ilə intim əlaqəsi olduğu və susması üçün ona 130 min dollar ödədiyi barədə məqalə dərc edib. Nəşrin iddiasına görə, aktrisa Donald Trampı və onun vəkili Maykl Koeni məhkəməyə verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək