Modern.az

Alimlərimiz xarici ölkələrə milyonlar qazandırır - Komitə sədri

Alimlərimiz xarici ölkələrə milyonlar qazandırır - Komitə sədri

Təhsil

28 Aprel 2023, 11:08

Azərbaycanda elmi araşdırmaların, qanunların tətbiq səviyyəsi bizi qane etmir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri Bəxtiyar Əliyev bildirib:

 

“Bu o demək deyil ki, ölkədə yaxşı alimlərimiz yoxdur. Bizim çox güclü alimlərimiz var. Necə olur ki, azərbaycanlı alimlər ABŞ-da, İngiltərədə, Almaniyada, Yaponiya və Koreyada böyük mərkəzlərə rəhbərlik edirlər. Elmi araşdırmalar aparır, yeniliklər gətirirlər. Həmin ölkələrə milyonlara pul qazandırırlar. Demək ki, Azərbaycan xalqında bu potensial var".

 

"Siyasətimizə müəyyən dəyişikliklər etməliyik. Vaxtilə elm siyasəti Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həvalə olunmuşdu, təəssüflər olsun ki, AMEA bu yükü çəkə bilmədi. Çünki mərkəzi icra orqanı kimi o vəzifəni icra etmək iqtidarında deyildi", - deyə komitə sədri qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü