Modern.az

Uçot dərəcəsinin inflyasiyaya birbaşa təsiri yoxdur - Baş bankir

Uçot dərəcəsinin inflyasiyaya birbaşa təsiri yoxdur - Baş bankir

İqtisadiyyat

3 May 2023, 11:52

Azərbaycanda uçot dərəcəsinin inflyasiyaya birbaşa təsiri yoxdur.

 

Modern.az xəbər ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

 

O bildirib ki, Mərkəzi Bankın ötən ilin sentyabr ayından başlayan faiz kanalının transmissiyası ilə bağlı siyasəti banklararası bazara nisbi də olsa təsir edir.

 

"Bunun beynəlxalq səviyyə çatdırılmasına çalışırıq", - deyə Taleh Kazımov qeyd edib.

 

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə qaldırılıb. Açıqlamada qeyd edilib ki, mart ayında illik inflyasiya 13.6% təşkil edib. Bu isə ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz bəndi aşağıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…