Modern.az

ANS-in aparıcısı işdən çıxıb

ANS-in aparıcısı işdən çıxıb

Media

4 Avqust 2013, 22:55

ANS TV-nin "Salam Azərbaycan" səhər proqramının aparıcısı Cavid Osmanov işdən çıxıb. ANS-də çalışan həmkarlarımız Modern.az-a xəbəri təsdiqləyiblər. C.Osmanovun işdən öz istəyilə çıxdığı bildirilsə də, bunun səbəbi barədə məlumat verilməyib.

Cavid Osmanov "Salam Azərbaycan"dan əvvəl ANS ÇM radiosunun aparıcısı olub.
Qeyd edək ki, Cavid Osmanovun həyat yoldaşı Zəhra Rüstəmova da ANS-TV-də çalışır. O, "Ağıl dəryası" verilişinin aparıcısıdır.

Yeri gəlmişkən, Zəhra Rüstəmova avqustun 4-də ilk övladını dünyaya gətirib.
27 yaşlı Cavid Osmanov və 25 yaşlı Zəhra Rüstəmova 2011-ci ilin oktyabrında ailə qurublar.  

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!