Modern.az

Putinin NATO və Qərb barədə mülahizələri

Putinin NATO və Qərb barədə mülahizələri

Dünya

15 Avqust 2023, 11:26

"NATO öz potensialını artırmağa davam edir, hərbi və qeyri-hərbi təzyiq vasitələrindən istifadə edir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 

"ABŞ Asiya-Sakit okean regionunda dövlətlərarası qarşılıqlı fəaliyyət sistemini yenidən formatlamağa çalışır. Əksər ölkələr öz suverenliyini müdafiə etməyə hazırdırlar, bütün dünya birliyi gələcəyin konturlarını yaratmaq üçün birgə işləməli olacaq. Qərb Ukraynadakı münaqişəni daha da qızışdırmağa və digər dövlətləri bu münaqişəyə cəlb etməyə çalışır", - Rusiya prezidenti belə düşünür.

 

Putin bir sıra dövlətlərin neokolonializm çərçivəsində xalqları oyuna salmaq, münaqişələr yaratmaq və ölkələri vassala tabe olmağa məcbur etmək cəhdləri barədə subyektiv mülahizələr və iddialar səsləndirib.

 

O, Ukraynadakı vəziyyəti Qərbin “odun üstünə neft tökmək siyasəti”nin nümunəsi adlandırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir