Modern.az

"Naxçıvan TV"nin nümayəndə heyəti Xəzər Media Mərkəzində - VİDEO

Media

19 Oktyabr 2023, 22:50

"Naxçıvan TV"nin nümayəndə heyəti Xəzər Media Mərkəzində olub.

 

Modern.az xəbər verir ki, nümayəndə heyəti Xəzər Media Mərkəzində yaradılan şərait, buradakı infastruktur və texniki imkanlarla tanış olublar.

 

Qonaqlara əvvəlcə "Xəzər TV"-nin studiyaları, texniki otaqları, buradakı ümumi şərait və qurulan dekorasiya sistemləri barədə məlumat verilib.

 

Həmkarlar televiziyanın texniki imkanları və avadanlıqlarla yaxından tanış olublar.

 

Daha sonra Xəzər Media Mərkəzində fəaliyyət göstərən radiolar və onların yayımı ilə tanışlıq olub.

 

"Xəzər Xəbər"in studiyasında olan qonaqlara xəbər yayımı bəradə məlumat verilib.

 

Qonaqlar Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov ilə görüşüb. Görüşdə hər iki televiziya kanalının gələcəkdə əməkdaşlıq imkanları və qarşılıqlı səfərlərin təşkil olunması ilə bağlı məsələlər müzakirə edilib.

 

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır