Modern.az

Qafqaz cəbhəsində ad qazanmış Hürkuşun muzeyindən REPORTAJ

Qafqaz cəbhəsində ad qazanmış Hürkuşun muzeyindən REPORTAJ

Reportaj

27 Oktyabr 2023, 16:24

Tramvaydan enərək, yavaş addımlarla Vecihi Hürkuş adına olan muzeyə doğru hərəkət edirəm. Uzaqdan görünən təyyarələrə yaxınlaşdıqca səbəbini bilmədiyim bir həyəcan bədənimi bürüməyə başlayır. Muzeyə daxil olduqda qarşıma ilk çıxan lövhə isə məhz adını aldığı Vecihi Hürkuş hakkında idi...

 

Vecihi Hürkuş 18 yanvar 1896-cı ildə İstanbulda anadan olub. Atası gömrük işçisi, anası isə evdar xanım olan Hürkuşun iki qardaşı var idi.

 

O, 1912-ci ildə qərargah polkovniki olan qaynı Kamal bəyin yanında Balkan müharibəsinə könüllü olaraq qatılıb. Müharibənin sonlarına yaxın İstanbul Ordu komandanlığı tərəfindən "Beykoz Serviburun" həbs düşərgəsinə komandir təyin olunub.

 

Pilot olmaq istəyən Hürkuş maşinistlik təhsili alıb. Birinci dünya müharibəsində kiçik zabit maşinist olaraq iştirak edib. Lakin 1916-cı ilin 2 fevralında təyyarə qəzasında yaralanaraq yenidən İstanbula dönmək məcburiyyətində qalıb. Burada Yeşilköy Təyyarə məktəbinə daxil olub. İlk uçuşunu isə 1916-cı ilin 21 mayında həyata keçirib.
1917-ci ildə Qafqaz cəbhəsinin yeddinci təyyarə bölüyünə təyin edilib və burada rus təyyarəsini vuraraq cəbhədə ilk təyyarə vuran pilot olub. Qurtuluş müharibəsində Rus təyyarələrini vurduğu üçün ruslar tərəfindən "qara təhlükə" ləqəbini alıb.

 

Bütün bunları oxuduqdan sonra bu muzeyə niyə Vecihi Hürkuşun adının verilməsini daha yaxşı başa düşdüm. Lövhəni oxuyub bitirdikdən sonra arxa tərəfdən uzanan qəribə kölgə diqqətimi çəkdi. Geriyə dönüb baxdıqda isə bunun çox nəhəng bir raket olduğunu gördüm. Yaxınlaşıb qarşısında olan lövhəni oxuduqda bunun MIM-14 "Nike Hercules" adlı hava hücumundan müdafiə sisteminin raketi olduğunu öyrəndim.

 

MIM-14 "Nike Hercule"s ABŞ-ın "Western Electric" firması tərəfindən istehsal olunan və 1950-ci illərin texnologiyasını daşıyan yüksək hündürlükdə hava hücumundan müdafiə (HHM) raketidir. Dizayn məqsədi Sovet bombardmançı təyyarələrinin və balistik raketlərin yüksək hündürlükdə zərərsizləşdirilməsidir. Həmçinin yerdən radarla idarə olunan HHM sistemidir. Raketlərin uçuş məsafəsi 144 km olub və 45 km hündürlükdə olan hədəfləri vurmaq imkanına malikdir. 

 

MIM-14 "Nike Hercules" Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən də istifadə edilib. ABŞ-ın dəstəyi ilə 72 ədəd MIM-14 raketləri Türkiyə Hərbi Hava qüvvələrinin inventarına daxil edilib. Raketlər İstanbulda yerləşir və 15-ci Raket Baza Komandanlığına tabedir. Boğazların hava hücumundan müdafiəsindən məsuldur. Lakin Türkiyə daxil olmaqla bir çox ölkə texnologiyası və hava hücumundan müdafiə qabiliyyəti çox aşağı olduğundan bu sistemləri istismardan çıxarıblar.

 

Nəhəng raketin ətrafında dolanıb onu izləyərkən bir heykəl diqqətimi çəkdi. Bu, Cengiz Topelın heykəli idi.

 

Cengiz Topel Trabzonlu tütün mütəxəssisi Hakkı bəyin oğludur. O, 1934-cü il sentyabrın 2-də atasının xidmətdə olduğu İzmitdə anadan olub. Anası Mebuse Xanımdır. Ailədə dörd övladın üçüncüsüdür.

 

İbtidai məktəbə Bandırma İbtidai məktəbində başlayıb. Atasının Gönenə təyin olunması ilə Ömər Seyfəddin İbtidai məktəbində təhsilini davam etdirib. 1943-cü ildə atasını itirdikdən bir il sonra İstanbulun Kadıköyünə yerləşiblər. İbtidai və orta təhsilini Kadıköy Yeldeğirmeni məktəbində tamamlayıb. 1955-ci ildə Hərbi Akademiyanı bitirib, leytenant rütbəsində ordu sıralarına yollanıb.


Gənc yaşlarından aviasiyaya marağının nəticəsi olaraq o, Hərbi Hava Qüvvələrinə yazılıb. Daha sonra o, pilot hazırlığı üçün Kanadaya göndərilib. Kanadada təhsilini başa vurduqdan sonra isə 1957-ci ildə vətənə qayıdaraq Merzifon Hərbi Hava Qüvvələrinə qatılıb.

 

8 avqust 1964-cü ildə yunanları türk xalqına qarşı qeyri-insani hərəkətlərindən çəkindirmək üçün 4-cü Qol Komandiri olaraq Əskişəhərdən Kiprə göndərildi. Uçuş zamanı onun təyyarəsi yerdən vurularaq qəzaya uğrayıb. O, paraşütlə tullanmağı bacarsa da, yunanlar tərəfindən əsir götürülərək işgəncələr nəticəsində şəhid olub. Kiprdəki ilk hava müharibəsi şəhidi olan Cengiz Topelin cəsədi 12 avqust 1964-cü ildə Kiprdən alınıb. Bundan əlavə, Cengiz Topel Cümhuriyyət tarixində Türkiyə Hərbi Hava Qüvvələrinin ilk hava döyüşü şəhidi kimi tanınır.

 

Heykəli diqqətlə izlədikdə isə onun arxasında yerləşən qırıcını gördüm. Yaxınlaşdıqda bu təyyarənin F-100 "Super Sabre" olduğunu öyrəndim.

İlk prototip uçuşu 25 may 1953-cü ildə həyata keçirilən F-100 "Nort American" firması tərəfindən hazırlanıb. Dizaynı F-86 "Saber" əsasında hazırlanmış təyyarə qırıcı-bombardmançıdır. F-100C-lərlə yanaşı, qırıcı-bombardmançı tipli F-100D tipi də hazırlanıb və geniş istifadə edilib. Onun qırıcı imkanları təkmilləşdirilib, 4 ədəd AIM-9 AA raketi ilə təchiz edilib və taktiki bombardmançı kimi gövdəsi M-61 nüvə bombasını daşımaq üçün təkmilləşdirilib. İki nəfərlik təlim növü olan F-100F də var. Hər üç növ Türkiyə Hərbi Hava Qüvvələrində istifadə edilib. 

 


1953-1959-cu illər arasında 2294 ədəd istehsal edilibki, onlardan 1274-ü F-100D tiplidir. Bu təyyarələrdə "Pratt & Whitney" tərəfindən F-86-lar üçün istehsal olunan J47 reaktiv mühərriklərinin təkmilləşdirilmiş modeli hesab edilən J57-lərdən istifadə edilib. Bu mühərriklər 10.000 funt-dan çox çəkiyə malik ilk Amerika turboreaktividir. F-100-ün ləqəbi "Super Saber"dir. 

 

Son olaraq isə "Grumman S2 Tracker" sualtı qayıq əleyhinə olab təyyarəsinin yanına gəldim. Adı çox maraqlı gəldiyi üçün yanında yerləşən məlumatları oxumağa başladım. 

 


1940-cı illərin sonunda ABŞ Hərbi Dəniz Qüvvələri AF2-ləri əvəz etmək üçün yeni sualtı qayıq əleyhinə təyyarəyə ehtiyac olduğunu qərara aldı. "Grumman" şirkəti bu tələbi iki mühərrikli, üst qanadlı G-89 modeli ilə cavablandırdı. Təyyarənin xüsusiyyətlərinə sensorlar və silah avadanlığı üçün yüksək yükləmə qabiliyyəti, geri çəkilə bilən radar, maqnit detektoru və axtarış işıqları daxildir.

 

Mən bütün təyyarələri incələyib ətraflı məlumat əldə etdikcə artıq hava qaralmağa başladı. Yavaş-yavaş muzeyin çıxış qapısına yönələrkən ətrafı seyr etdim və bu qədər kiçik bir ərazidə çox sayda təyyarənin olmasına heyrət etdim.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır