Modern.az

Vahid Mustafayev: Əli Həsənova dedim ki, sən kimsən ki... - VİDEO

Vahid Mustafayev: Əli Həsənova dedim ki, sən kimsən ki... - VİDEO

Media

2 Noyabr 2023, 13:18

“Biz qəpiyinə qədər bütün vergiləri verirdik. Bütün Vergilər Nazirliyi tökülürşürdü bizim redaksiyamıza, ən xırdalığa qədər yoxlama aparırdılar, amma bir dəfə də olsun ANS-ə cərimə kəsə bilməmişdilər”.
 

Modern.az-ın məlumatına görə, bunu ANS Şirkətlər Qrupunun təsisçisi Vahid Mustafayev BBC Azərbaycanca-ya müsahibəsinin ikinci hissəsində bildirib.


ANS TV-dəki qaydalardan danışan şirkət rəhbəri həmişə işçilərinə qarşı çox tələbkar olduğunu vurğulayıb.


“ANS-in konsepsiyasına görə, xəbər verilərkən mütləq bütün tərəflərin mövqeyi təqdim olunmalıydı. Bizim tələbimizə görə, müxbirlər xəbər hazırlayarkən bütün tərəfləri harda olursa olsun, tapıb danışdırmalıydılar”.


V.Mustafayev deyib ki, ANS-in əməkdaşları həm o dövrlə, həm də indiki zamanla müqayisədə çox yüksək maaş alıblar:

“İndiki pulla bizim əməkdaşlarımız 2-3 min manat maaş alırdılar”.


V.Mustafayev deyib ki, efirə verilən materiallarla bağlı heç vaxt hökumətdən sifariş almayıblar:

“Amma bəzən təzyiqlər olurdu. Məsələn, işığın qiyməti 2 qəpik qalxmışdı. Mən iqtisadiyyat şöbəsinə dedim ki, siz reportaj hazırlayarkən bahalaşmanı qəpiklə deməyin, faizlə ifadə edin. Onda bizim iqtisadiyyat şöbəsinin xəbərində elektrik enerjisinin qiymətinin 16 faiz qalxdığı bildirilmişdi.


Əli Həsənov Prezident Aparatından mənə zəng etdi, dedi ki, “siz niyə dövlətə qarşı bu təxribatı edirsiniz?”.


Dedim birincisi sən kimsən ki, dövlət adından danışırsan? Sən bir məmursan, “dövlət” sözü ilə “hökumət” sözünü qarışdırırsan. İkincisi də ki, siz riyaziyyatı açın baxın, görün biz harda səhv eləmişik...


O dedi ki, “sizə çətin idimi ki, işığın qiymətinin 2 qəpik qalxdığını demək? Niyə faizlə deyirsiniz?”.

V.Mustafayev ANS-in son illərdəki fəaliyyətində müxalifyönlü mövqeyə tribuna vermədiyi və yalnız hakimiyyətyönlü mövqedə olduğu barədə fikirlərlə razılaşmayıb. O, alternativ fikirli insanların da həmişə ANS-in efirinə dəvət olunduğunu qeyd edib:

“Partiya liderlərinin bizim debatlarda iştırakına görə həmişə başımız ağrıyır, böyük problemlər yaranırdı”, - deyə o bildirib.

ANS rəhbəri bildirib ki, telekanalın arxivi hazırda da Zoologiya İnstitutunun binasında yerləşir. O, arxivin zədələndiyi barədə xəbərləri təkzib edib:

“Arxivin sıradan çıxmaması üçün lazımi avadanlıq işləyir, biz onun pulunu hər ay ödəyirik... Amma özümüzün arxivə çıxışımız yoxdur, çünki məhkəmə arxivi möhürləyib”.
 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır