Modern.az

Bu ilin ən yaxşı 10 FİLMİ

Bu ilin ən yaxşı 10 FİLMİ

Mədəni̇yyət

4 Dekabr 2023, 16:14

Kinotənqidçi Stefani Zaxarek “Time” jurnalı üçün 2023-cü ilin 10 ən yaxşı filminin siyahısını tərtib edib.

 

Modern.az xəbər verir ki, S.Zaxarek siyahının birinci pilləsinə finlandiyalı rejissor Aki Kaurismyakinin “Tökülən yarpaqlar” filmini layiq görüb. Bu ekran əsəri 2023-cü ildə Kann kinofestivalının münsiflər heyətinin mükafatını qazanıb.

 

İkinci yerdə Bredli Kuperin “Maestro” filmidir. Siyahıda liderlər üçlüyünü britaniyalı rejissor Conatan Qleyzerin “Maraqlar zonası” kinolenti qapayır.

 

TOP-10-da, həmçinin Sofiya Koppolanın “Prissilla: Elvis və mən”, Alisa Vinokurun “Paris haqqında xatirələr”, Selin Sonun “Ötən talelər”, Martin Skorsezenin “Çiçəkli ayın qatilləri”, Kelli Frimonun “Tanrı, buradasanmı?”, Bill Poladın “Vəhşi yuxular” və Ayra Saksın “Passajlar” filmləri də yer alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək