Modern.az

Əməkdar artist Nuriyyə Hüseynovadan maraqlı layihə

Əməkdar artist Nuriyyə Hüseynovadan maraqlı layihə

Mədəni̇yyət

13 Dekabr 2023, 11:02

Beynəlxalq Muğam Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Gənclərə dəstək" adlı konsert proqramı keçirilib. Konsert “Dünya musiqi xəzinəsinin incisi Muğam” İctimai Birliyinin, “Qorqud” Foklor Ansamblının və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Tamaşaçılar tanınmış tanınmış xanəndə, əməkdar artist Nuriyyə Hüseynovanın, müğənni-bəstəkar Çilənay Hüseynovanın və Şəmkir məktəblisi, beynəlxalq müsabiqələr laureatı tarzən Mirnofəl Həsənovun çıxışlarını maraqla qarşılayıblar.

Konsertdən öncə çıxış edən əməkdar artist Nuriyyə Hüseynova Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb:

"Mən uşaq ikən Heydər Əliyevin dəstəyi və diqqəti nəticəsində Naxçıvandan Bakıya gəlib təhsil aldım. O, hər zaman gənclərə dəstək olurdu. Bu konserti Ulu öndərin 100-illiyinə ithaf edirəm. Və Şəmkirdən istedadlı gənc Mirnofəl Həsənovun Bakıda konsert verməsinə, üzə çıxmasına vəsilə oldum" - deyə Əməkdar artist "Gənclərə dəstək " layihəsi barədə məlumat verib.

Rəngarəng konsertdə Əməkdar artist Nuriyyə Hüseynova və müğənni Çilənay Hüseynovanın ifalarında xalq və bəstəkar mahnıları səsləndirilib. Tamaşaçılar gənc istedad Mirnofəl Həsənovun tarda ifasını alqışlarla qarşılayıblar.

Konsertdə Azərbaycanın muğam sənətinin görkəmli xanəndələri, şəhid ailələri, Milli Məclisin mədəniyyət komitəsinin sədri Fazil Mustafa və incəsənət nümayəndələri iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı