Milli Şuranın 22 sentyabr mitinqi ilə bağlı müraciətinə Bakı şəhər İcra hakimiyyətindən reaksiya gecikməyib. İcra Hakimiyyətinin İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən Modern.az-a mitinqlə bağlı Milli Şura tərəfində müraciətin daxil olduğu təsdiq edilib.
Meriyanın müxalifətə cavabı həmişəki kimi lokonik olub: “Müraciət daxil olubsa, baxılaraq müvafiq cavab veriləcək”.
Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 22-ə mitinq təyin edib. Mitinqin Yasamal rayonunda, metronun ”İnşaatçılar" stansiyasının yaxınlığında İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyətinə müraciət göndərilib. Mitinqə Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçicilərlə görüşü planlaşdırılır.
Anar RÜSTƏMOV