Modern.az

Rusiyada tanınmış rejissora 8 illik hökm oxunub - Qiyabi həbs

Rusiyada tanınmış rejissora 8 illik hökm oxunub - Qiyabi həbs

Mədəni̇yyət

15 Dekabr 2023, 11:48

Moskvanın Basmannı məhkəməsi tanınmış rejissor İvan Vırıpayevi "Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaymaqda" ittiham edərək qiyabi olaraq azadlıqdan məhrum edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

 

Rejissora 8 il müddətinə qiyabi həbs cəzası verilib. O, həmçinin 4 il müddətinə internet saytlarını və sosial şəbəkələri idarə etmək hüququndan məhrum edilib. 

 

Buna səbəb onun sosial şəbəkələrdəki paylaşımları olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır