Modern.az

Xumar Qədimova:"O futbolçunun adı erotik səslənir: Lizarazyuuu...»

Xumar Qədimova:"O futbolçunun adı erotik səslənir: Lizarazyuuu...»

24 Aprel 2010, 18:56

Populyar müğənni Xumar Qədimova futbolçularla bağlı ilginc açıqlamalar verib. Aprelin 24-də «Space» radiosunun qonağı olan müğənni xanım futbola sevgisindən danışıb: «Mən ispanlara azarkeşlik edirəm. Məşhur futbolçulardan Ronaldinyo, Rivaldo, Zidan və xüsusilə Lizarazyunun adını çəkə bilərəm. Lizarazyunun adı çox erotik səslənir. Lizarazyuuuu, Lizarazyuuu...». Xumar Qədimova «futbola baxırsınızmı» sualını belə cavablandırıb: «Bəli. 2002-ci ildə dünya çempionatında Koreyanın oyununu yaxından izləyirdim. Onların Hank Yunk Kvan adlı bir futbolçusu vardı. Onu çox sevirdim. Onu görəndə həyəcanlanırdım. Həmişə istəyirdim ki, onunla birlikdə olam. Koreyalı futbolçunu çox sevirdim. Amma həm də fikirləşirdim ki, mən belə həyəcanlanmamalıyam. Çünki məndən çox uzaqda idi. Hərçənd, gizlətmirəm, onu görəndə ağlım başımdan çıxırdı». Xumar Qədimova oğlu Uğura hamilə qalarkən Braziliya millisinin oyunlarına çox baxdığını bildirib: «Deyirlər, qadın hamilə olanda kimə çox baxırsa, uşağı da ona oxşayır. İndi Uğur braziliyalılara oxşayır».

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü