Modern.az

Yanvarda Azərbaycanda 1 nəfər nə qədər pul xərcləyib...

Yanvarda Azərbaycanda 1 nəfər nə qədər pul xərcləyib...

İqtisadiyyat

14 Fevral 2024, 16:16

2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq məhsul satılıb. Ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz artıb.

 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən ay əhliyə 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,0 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

 

2024-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin bölgüsü aşağıdakı kimi olub:

 

- Ərzaq məhsulları - 2.24 milyard manat (49.9%)
- İçkilər və tütün məmulatları - 226.1 milyon manat (5%)
- Toxuculuq məhsulları, geyim və ayaqqabı - 644.6 milyon manat (14.3%)
- Avtomobil benzini və dizel yanacağı - 227.1 milyon manat (5%)
- Elektrik malları və mebellər - 205.6 milyon manat (4.6%)
- Əczaçılıq məhsulları və tibbi ləvazimatlar - 106.2 milyon manat (2.4%)
- Kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları - 56,3 milyon manat (1.3%)
- Digər ərzaq malları - 786,7 milyon manat (17.5%).

 

Hesablamalara görə, pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 441,3 manatlıq məhsul alıb. Bunun 242.3 manatını ərzaq məhsulları, içkilər və tütün məmulatlar, 199 manatını isə qeyri-ərzaq malları təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır