Modern.az

"Mercedes" "KAMAZ"dakı payını satıb

İqtisadiyyat

16 Fevral 2024, 12:22

"Mercedes-Benz" "KAMAZ"dakı payını satıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

 

Almaniyanın "Mercedes-Benz Group" şirkəti Rusiya Federasiyasının ən böyük yük maşını istehsalçısının 15 faiz səhmindən qurtulub. Səhmləri kimin aldığı və hansı qiymətə satıldığı barədə məlumat verilmir. "KAMAZ" Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-ın sanksiyaları altındadır.

 

Alman konserni ilə "KAMAZ" arasında əməkdaşlıq Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlamasından 4 gün sonra dayandırılıb. Nəticədə Naberejnıy Çelnıdakı müştərək müəssisə yük maşınlarının istehsalını dayandırıb, həmçinin komponentlərin tədarükü də dayandırılıb.

 

"KAMAZ" Rusiyada yük maşınları və avtobusların aparıcı istehsalçısıdır və həm də uzun illərdir Rusiya ordusu üçün zirehli maşınlar istehsal edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır