Modern.az

“Neftçi” və “Qarabağ” azarkeşlərinə görə cərimələniblər

“Neftçi” və “Qarabağ” azarkeşlərinə görə cərimələniblər

İdman

5 Mart 2024, 12:38

“Neftçi” və “Qarabağ” klubları azarkeşlərinə görə cərimələniblər.

 

Modern.az-ın məlumatına görə, Premyer Liqanın XXV turunda keçirilən oyunda fanatlar rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətdikləri üçün AFFA İntizam Komitəsi hər iki komandaya 1000 manat cərimə kəsib.

 

Bundan başqa, “Neftçi” 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, matçın ardından meydana kənar şəxslərin daxil olması ucbatından isə 800 manat cərimə olunub.

 

Qeyd edək ki, “Neftçi Arena”da keçirilən görüşdə “Qarabağ” 4:1 hesablı qələbə qazanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı