Məktəblərdə davranış qaydaları hazırlanır. Bu, pilot layihə kimi hazırda 300-dən çox məktəbdə tətbiq olunur.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov deyib.
O qeyd edib ki, Orada təhsilanaların, təhsilverənlərin və eyni zamanda valideynlərin məsələlərin tənzimlənməsində etməli olduğu məsələlər öz əksini tapıb.