Modern.az

Vaqif və Bəsirənin 5 övladı yadigar qalıb

Vaqif və Bəsirənin 5 övladı yadigar qalıb

Aktual

6 Aprel 2024, 13:34

Vaqif və Bəsirənin 5 övladı yadigar qalıb.


Modern.az  xəbər verir ki, bunu Xocalı soyqırımı zamanı itkin düşmüş və 32 il sonra qalıqları tapılan Məhərrəmov Vaqif Cəmil oğlunun bacısı Sevda Xanlarova deyib.

 

O Xocalı faciəsi zamanı başlarına gələnləri danışıb: 

 

"1988-ci ildə Xankəndidə yaşayırdıq. Ev-eşiyimizi yandırdılar, Xocalıya getdik. Qardaşlarım çox əziyyət çəkdilər, orduya yazıldılar ki, torpağımızı müdafiə etsinlər. 


26 fevraldan sonra Vaqif və həyat yoldaşından xəbər ala bilmədik. Soyqırımında şəhid olduqlarını anladıq. Vaqif və Bəsirənin 5 övladı yadigar qalıb. Hamısına öz övladımız baxmışıq, böyütmüşük. İndi isə övladları ilə birlikdə onların qalıqlarını dəfn edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

 

Qeyd edək ki, Xocalı soyqırımı zamanı itkin düşmüş Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları bu gün Zabrat qəbiristanlığında torpağa tapşırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok