Modern.az

"Sonra məlum oldu ki, Xocalıda bir nəfər də sağ adam qalmayıb"

Aktual

6 Aprel 2024, 14:09

Xocalıda qırğın olduğunu 1992-ci il fevralın 27-də bilmişik. 

 

Modern.az xəbər verir ki, bunu Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan və bu gün Bakıda dəfn olunan Bəsirə Məhərrəmovanın qardaşı Hümbət Allahverdiyev deyib.

 

"İki nəfərin öldürüldüyü haqqında xəbər yayılsa da, sonra məlum oldu ki, Xocalıda bir nəfər də sağ adam qalmayıb. Bir ay Ağdamda qaldıq. Nə qədər çalışsaq da bacımız və onun həyat yoldaşı haqqında məlumat əldə edə bilmədik. Bu ilin mart ayında qalıqları tapıldı, məlum oldu ki, hər ikisi eyni yerdə öldürüblər. Bəsirə yaşasaydı 70 yaşı olacaqdı", - o qeyd edib.

 

Qeyd edək ki, Xocalı soyqırımı zamanı itkin düşmüş Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları bu gün Zabrat qəbiristanlığında torpağa tapşırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok