Modern.az

Gürcüstan fermerləri torpaqlarını necə sığortalayır?

Gürcüstan fermerləri torpaqlarını necə sığortalayır?

22 Aprel 2024, 12:03

Gürcüstanda fermerlər dövlət kənd təsərrüfatı sığortası proqramı çərçivəsində iki dəfə çox torpaq sığortalaya biləcəklər.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu, 10 hektar əvəzinə maksimum 20 hektar, taxıl əkinlərində isə 50 hektar əvəzinə 100 hektar olacaq.

 

Sığorta dolu, daşqın, qasırğa və payız şaxtalarından qoruyur. Fermerlər onun ümumi dəyərinin yalnız 30%-ni ödəyirlər. Bundan əlavə, zərərin qiymətləndirilməsi üçün vaxt çərçivəsi 21 gün əvəzinə 15 günə endirilir.

 

Həmçinin fermer indi ona dəyən zərər barədə sığorta şirkətinə 24 saat deyil, 72 saat ərzində telefonla məlumat verə biləcək. 2014-cü ildən 31 mart 2023-cü ilə qədər sığorta şirkətləri 65 min nəfərə 150,7 verib. Ödənilən zərərin məbləği 67 milyon larini (25,6 milyon dollar) ötür.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!