Modern.az

Goranboyun Rəhimli kəndində səyyar qəbul keçirilib - FOTO

Goranboyun Rəhimli kəndində səyyar qəbul keçirilib - FOTO

Aktual

23 Aprel 2024, 16:38

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Rəhimli  kəndində səyyar görüş keçirib.

 

Sakinləri dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən elektrik enerjisi və rabitə təsərrüfatı xətlərinin yenilənməsi məsələlərinin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok