Modern.az

ABŞ silahları dinamikanı Kiyevin xeyrinə dəyişməyəcək - Peskov belə düşünür

ABŞ silahları dinamikanı Kiyevin xeyrinə dəyişməyəcək - Peskov belə düşünür

Dünya

24 Aprel 2024, 14:14

"Rusiya bloklara qarşı mübarizəni davam etdirəcək, lakin VPN-dən istifadə sanksiyalara səbəb olmur".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Döyüş meydanında vəziyyət aydındır və ABŞ silahlarının yeni göndərilməsi dinamikanı Kiyevin xeyrinə dəyişməyəcək. Rusiya Federasiyası Ukraynada uzaqmənzilli silahlardan qorunmaq üçün “sanitariya zonası” yaratmağa yanaşmasını dəyişmir", - o bəyan edib.

 

Peskovun sözlərinə görə, Putin aprelin 24-də daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı geniş iclas keçirəcək. Rusiya prezidenti aprelin 25-də Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxış edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi