"Amerika təşkilatları da Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı texniki-iqtisadi araşdırmalarda iştirak edir".
Modern.az xəbər verir ki, bunu Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan "Armenpress"ə deyib.
O, cari sahədə mümkün erməni-amerikan əməkdaşlığı ilə bağlı “Armenpress”in müxbirinin suallarını cavablandırıb.
Nazir müavini qeyd edib ki, Rusiya ilə əməkdaşlıq davam edir.