Modern.az

Alma-Ata Bəyannaməsi demarkasiyanın əsas prinsipi kimi qəbul edilib - Paşinyan

Alma-Ata Bəyannaməsi demarkasiyanın əsas prinsipi kimi qəbul edilib - Paşinyan

Dünya

7 May 2024, 12:54

"Alma-Ata Bəyannaməsi Ermənistan və Azərbaycan arasında demarkasiyanın əsas prinsipi kimi hər iki tərəf tərəfindən qəbul edilib".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

 

"Bu, dönməz reallıqdır, çünki... hər iki ölkə tərəfindən yüksək səviyyədə bildirilib. Bəyannamənin sülh müqaviləsinə daxil edilməsi məsələsi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Alma-Atada keçiriləcək görüşündə müzakirə olunacaq", - o qeyd edib.

 

"Bəzi suallara tam cavab vermədiyimi gördünüz və mən özüm də bunu başa düşürəm və görürəm. Nüanslar var ki, daha çox məlumat açıqlanması müəyyən təhlükələr yarada bilər, o cümlədən demarkasiya prosesi üçün. Bu, adət deyil, amma akkreditasiyadan keçmiş jurnalistlər istəsə, nüanslarla daha yaxından tanış olmaq üçün ekspertlərlə olduğu kimi, onlarla da görüşlər keçirə bilərik. Daha açıq danışa biləcəyim nüanslar var. Çünki açıq dediyim heç nə dəyişə bilməz", - Paşinyan bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi