Modern.az

Patent almış Azərbaycan alimləri - II yazı

Patent almış Azərbaycan alimləri - II yazı

İqtisadiyyat

1 Dekabr 2013, 12:41

Modern.az saytı elm sahəsində olan problem və perespektivləri işıqlandırmaqda davam edir. Bu dəfəki araşdırmada da sizlərə daha çox patent sahibi olan, elmi nailiyyətləri MDB, eləcə də dünya məkanında tanınan alimləri təqdim edirik. Bu dəfə də ancaq kimya sahəsində patentlərə sahiblənmiş alimləri nəzərinizə çatdırırıq:

Budəfəki alimlərin hamısı Emlər Akademiyasının Neft və Kimya Prosesləri İnstitutunun əməkdaşlarıdı:

Musa Rüstəmov
Texnika elmlər doktoru, AMEA-nın həqiqi üzvü, professor Musa Rüstəmov Yusif Məmmədəliyev adına “Neft və qazın kimyası və texnologiyası” söbəsinin müdiridir. Əsasən neft emalı və neft kimyası proseslərinin texnologiyası, kimyəvi kinetika, kataliz sahələrində tanınmış alimdir. Musa Rüstəmov – 129 məqalə, 137 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir.

Məhərrəm Məmmədyarov
Kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Məhərrəm Məmmədyarov İnstitutda “Sintetik yağlar” laboratoriyasının müdiridir. Üzvi kimya, neft kimya sintezi və biotexnologiya üzrə dünya miqyasında tanınmış alimdir. Məhərrəm Məmmədyarov – 47 məqalə, 48 müəlliflik şəhadətnaməsi və patentin sahibidir.

Fəzilə Səmədova
Texnika elmlər doktoru, AMEA-nın müxbir üzvü, professor Fəzilə xanım Səmədova eyni adlı qurumda “Neftlərin və təbii xüsusi yağların tədqiqi” laboratoriyasının müdiri vəzifəsində çalışır. Neftin və neft yağlarının kimyası və texnologiyası sahəsində tanınmış alim Fəzilə Səmədova – 113 məqalə, 55 müəlliflik şəhadətnaməsi və patentə imza atıb.

Akif Əzizov
Akif Əzizov kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüdür. Neft və Kimya Prosesləri İnstitutunda “Oliqomerlər, monomerlər və kataliz” şöbəsinin müdiridir. Neft-kimyası, kinetika və kataliz, makromolekullar kimyası sahəsində tanınmış alimin hələlik 85 məqalə, 72 müəlliflik şəhadətnaməsi və patenti var.

Nazil Canıbəyov
Kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nazil Canıbəyov İnstitutda “Neft-kimya sintezi” söbəsinin müdiridir. Neft-kimyası sahəsində tanınmış alim  46 məqalə, 44 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir.


Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!