Modern.az

Mini yubka geyinmək qadağan olundu

Mini yubka geyinmək qadağan olundu

İqtisadiyyat

20 Dekabr 2013, 18:30


Uqanda parlamentində mini-yubka geyinməsini qadağan edən qanun layihəsi qəbul olunub. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, qanun təkcə mini-yubka geyinmək yox, həm də həmin geyimdə olan qadınların videoyazılarını və fotolarını da qadağan edib. Nəticədə Uqanda televiziyasının efirindən Qərb musiqi klipləri və filmləri də yoxa çıxa bilər. Mini yubkanın qadağan olunması ponoqrafiya ilə mübarizə haqda qanun layihəsinin bir hissəsi ola bilər. Layihənin təşəbbüsçüsü Uqandanın etika naziri Saymon Lokodo olub. O  2013-cü ilin əvvəllərində bəyan edib ki, dizdən yuxarı hər hansı paltar geyinən qadınlar həbs olunmalıdırlar.

Uqandada sözün həqiqi mənasında mənəviyyat məsələlərinə qarşı fəaliyyəti sərt qanunlar kifayət qədərdir. Məsələn, bu Şərqi Afrika ölkəsində homoseksuallıq cinayət hesab olunur, hətta parlamentdə tez-tez belələrinə qarşı ölüm hökmü çıxarılması təklifi səslənir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok