Modern.az

Məlahət İbrahimqızı: “Rüstəm İbrahimbəyov “ziyalı” sözünü düzgün dəyərləndirə bilmir”

Məlahət İbrahimqızı: “Rüstəm İbrahimbəyov “ziyalı” sözünü düzgün dəyərləndirə bilmir”

Təhsil

28 Mart 2014, 13:21

“Ziyalı nədənsə qorxmamalıdır. O, “Azərbaycan ziyalıları mənimlə ünsiyyətə girməkdən qorxurlar” deyirsə, deməli, “ziyalı” sözünü düzgün dəyərləndirə bilmir. Rüstəm İbrahimbəyovun dedikləri ilə razılaşmıram”.

Bunu Modern.az-a Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun ziyalılarla bağlı fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ziyalı hər hansı qüvvədən, qurumdan asılı olamayaraq, öz mövqeyini ortaya qoyur: “ Azərbaycanda kiməsə təzyiq yoxdur, hər kəs öz mövqeyində azaddır. Bu gün İbrahimbəyovu Azərbaycan ziyalıları dəstəkləmirsə, buna başqa don geyindirmək olmaz”.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov Ziyalılar Forumunun toplantısının keçirilməməsinin səbəblərini açıqlayarkən deyib ki, ziyalılar onunla əlaqəyə girməkdən  qorxurlar. O bildirib ki, Azərbaycan ziyalıları onunla ünsiyyətə girəndə də gizli danışırlar, xahiş edirlər ki, kimsə bilməsin.

İlkin PİRƏLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir