Modern.az

Bəşər Əsədin başına mükafat qoyduğu Türk gənci öldürüldü

Bəşər Əsədin başına mükafat qoyduğu Türk gənci öldürüldü

Təhsil

29 Mart 2014, 00:35

Modern.az saytı xəbər verir ki,  Əsəd rejiminə qarşı döyüşmək üçün bir müddət əvvəl Suriyaya gedən Girəsunlu Səlami Aynur  Əsəd güçləriylə qarşıdırmada öldürülüb.

Suriyalı türkmənlərlə birlikdə hərəkət edən Aynurun Əsədin bir əmioğlusunun öldürüldüyü döyüşdə iştirak etdiyi və bundan sonra Əsədin də həmin döyüşdə iştirak edənlərin öldürülməsi üçün pul mükafatı qoyduğu öyrənilmişdi. Başına mükafat qoyulan Aynurun iti nişançı tərəfindən vurulduğu  qeyd edilib.

Milliyyət qəzetinin məlumatına görə  Girəsunda Ülkü Ocaklarının rəhbəri olan 30 yaşındakı Səlami Aynur, bu vəzifədən ayrıldıqdan sonra Əsəd rejiminə qarşı döyüşmək üüçün Suriyaya getmişdi.

Aynurun cənazəsi Türkmen birlikləri tərəfindən Türkiyəyə göndərilərək  məmləkəti Girəsunda torpağa verildi.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək