Modern.az

NATO Azərbaycan, Moldova və Ermənistanla əməkdaşlığı genişləndirəcək

NATO Azərbaycan, Moldova və Ermənistanla əməkdaşlığı genişləndirəcək

Dünya

2 Aprel 2014, 10:13


Ukraynada yaranan böhran fonunda NATO Azərbaycan, Moldova və Ermənistanla əməkdaşlığı genişləndirmək niyyətindədir. Modern.az bildirir ki, bu haqda Almaniyanın “Şpigel-onlayn” internet-nəşri məlumat yayıb. Məlumatda qeyd edilir ki, nəşrin əldə etdiyi NATO sənədində Azərbaycan, Moldova və Ermənistanla əməkdaşlığın inkişafı ilə bağlı praktik tədbirlər nəzərdə tutulur. Orada yazılıb ki, bu regiondakı tərəfdaşları daha yaxşı dəstəkləmək lazımdır. Qısamüddətli məqsəd-Şərqi Avropada stabilliyi möhkəmləndirməkdir”.

Məlumatda qeyd edilir ki, hər üç ölkə üçün kompleks fərdi tədbirlər də nəzərdə tutulur. Məsələn, Azərbaycanla energetika və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq gücləndiriləcək.    

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir