Modern.az

BMT-nin Azərbaycandakı nümayəndəliyi jurnalistlər üçün seminar keçirib

BMT-nin Azərbaycandakı nümayəndəliyi jurnalistlər üçün seminar keçirib

Qarabağ

16 İyun 2010, 18:39

Quba Olimpiya Mərkəzində BMT-nin Azərbaycandakı nümayəndəliyi media təmsilçiləri üçün insan hüquqları mövzusunda praktiki seminar təşkil edib. Modern.az-ın əməkdaşının da qatıldığı seminarda 10 jurnalist iştirak edib.

İyunun 14-15-də baş tutan seminarda əvvəlcə iştirakçılara “Ruanda mehmanxanası” filmi nümayiş etdirilib. BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığının Azərbaycandakı Müşaviri Teymur MəlikAslanov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd insan hüquqlarından yazan jurnalistləri maarifləndirmək, onlara bu haqda məlumat verməkdən ibarətdir. İki gün davam edən seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Elmi-analitik sektorunun müdiri Zaur Əliyev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı baş hüquq məsləhətçisi Zaur Nağıyev, UNİCEF-Azərbaycandakı nümayəndəliyi Nərmin Osmanlı, Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin başçısı Fuad Hüseynov, UNFPA-nın qadınlara qarşı zorakılıq əleyhinə milli layihə əlaqələndirici Bəhicə Əliyeva, UNAİDS-ın ölkə ofisi rəhbəri Cəmilə Cərraxova, Beynəlxalq Miqrasiya təşkilatının layihə rəhbəri Sərhan Aktoprak, “Yeni Nəsil” Junalist Birliynin sədri Arif Əliyev müxtəlif mövzularda jurnalistlərə məruzə oxuyub, onların suallarını cavablandırıblar.

Günay Musayeva

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır