Modern.az

“Miss Globe İnternational” yarışmasına sənəd qəbulu bitdi

“Miss Globe İnternational” yarışmasına sənəd qəbulu bitdi

Təhsil

20 May 2014, 12:40

İyunun 21-də CRYSTAL HALL-da baş tutacaq “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının yerli seçim turuna sənəd qəbulu yekunlaşıb. Modern.az xəbər verir ki, layihənin rəhbəri Nigar Məmmədova qeyd edib ki, yerli seçimlərdəki münsiflərin kimliyini açıqlamaq istəmirlər: “Seçimlərdə itirak edən gözəllər də qonaqlarımız da münsifləri seçim günü , yəni mayın 25-i görəcəklər. Məqsədimiz Beynəlxalq yarışmanın bütün qaydalarına əməl etmək və Azərbaycanda həmişə inamsızlıqla yanaşılan gözəllik yarışmalarına inamı, marağı artırmaqdır”.

Dünyanın ən böyük gözəllik yarışması – “Miss Globe İnternational” müsabiqəsinin final mərhələsinin Bakıda keçirilməsi ”MERAC” production-nın təqdimatı və“SİGNS ART ADVENTURE” şirkətinin təşkilatçılığı ilə reallaşacaq. Laiyhənin baş sponsoru “Xəzər Adaları”dır (Khazar İslands).


  

F.Əliyeva

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!