Modern.az

Putin Astanada Avrasiya İttifaqını ELAN etdi: “Epoxal hadisə yaşayırıq”

Putin Astanada Avrasiya İttifaqını ELAN etdi: “Epoxal hadisə yaşayırıq”

Dünya

29 May 2014, 12:23

“Avriasiya İqtisadi İttifaqı haqqında müqavilə imzalanmağa tam hazırdır. Bu sənəd Rusiya, Belorus və Qazaxıstan hökümətinin birgə sıx işinin nəticəsidir”. Modern.az saytı xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün Astanada keçirilən Avrasiya İttifaqının iclası çərçivəsində 3 dövlət başçısının  görüşü zamanı bəyan edib. Putin bildirib ki, ümumi konstruktiv əhval, hər bir tərəfin güzəştə getməsi sayəsində sənədi razılaşdırmaq mümkün olub.

Rusiya prezidenti müqaviləni “böyük epoxal hadisə” adlandırıb.

Bu sənəd ölkələrimizi inteqrasiyanın tamamilə  yeni səviyyəsinə çıxarır”-deyən Putin bildirib ki, bununla da 170 milyonluq regional bazar yaradılacaq. “Bu bazarda dünyanın qaz ehtiyatının beşdə bir hissəsi və neft ehtiyatının 15 faizi cəmləşəcək”.

Putin bildirib ki, Avrasiya İttifaqı şəffaf prinsiplər əsasında işləyəcək.

X. SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…