Modern.az

Milyonçu qadın kommunistləri tərk etdi

Milyonçu qadın kommunistləri tərk etdi

Dünya

29 May 2014, 13:37



Ukrayna Ali Radasının rəhbəri və prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov parlamentin bugünkü iclasında xalq deputatı Oksana Kaletnikin Kommunist Partiyasının fraksiyasını tərk etdiyini açıqlayıb. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Kaletnik kommunistlərin sırasını öz istəyi ilə tərk edir. Onun fraksiyanı tərk etməklə bağlı bəyanatını da spiker oxuyub. Kommunistlər arasında ən varlı qadın deputat olan Kaletnik bundan əvvəl öz baxışlarına sadiq qalacağını və siyasi fəaliyyətini davam etdirəcəyini bildirib.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi